Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Aktual

9 İyul 2019, 23:45

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.

Modern.az  xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,54 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,07 dollar/barel olub, bu da əvvəlki göstəricidən 3,1 dollar/barel çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı