Modern.az

İlham Əliyev monqolustanlı həmkarını təbrik etdi

İlham Əliyev monqolustanlı həmkarını təbrik etdi

Aktual

10 İyul 2019, 18:19

Prezident İlham Əliyev Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanı təbrik edib.

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim sülh və rifah diləyirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı