Modern.az

İcra başçısı Qarabağda şikayətləri nəzarətə götürdü

İcra başçısı Qarabağda şikayətləri nəzarətə götürdü

Aktual

13 İyul 2019, 10:01

Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Qarabağ kəndində keçirilib.


Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. Alı Alıyev deyib ki, Qarabağ kəndində 550 nəfər yaşayır. Kənddə əhalinin işıq, su, qaz, yol və digər sosial problemləri  tam həll olunub, şəhər sakinlərinin hər birinə çörək pulu və kommunal xərclərə görə 60 manat olmaqla ayda 33000 manat vahid aylıq müavinət ödənilir.  Məcburi köçkünlər üçün nəzərdə tutlan güzəşt və imtiyazlardan istifadə edirlər.


Qarabağ kəndində məktəb,  tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir.


Bildirilib ki, Qarabağ kəndində 125 nəfər rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında işləyir, 130 nəfər isə pambıq, barama, müxtəlif istehsal sahələrində çalışmaqla məşğulluqlarını təmin edirlər.


Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

         
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı