Modern.az

Mərhum professor Hacıəmi Atakişiyevin DOSYESİ

Mərhum professor Hacıəmi Atakişiyevin DOSYESİ

Aktual

13 İyul 2019, 10:56

Azərbaycan Reklamçılar İttifaqının prezidenti, professor Hacıəmi Hacı oğlu Atakişiyev dünən - 12 iyul 2019-cu ildə dünyasını dəyişdi. Bu gün saat 12-də Bakı şəhəri, Şüvəlan qəsəbəsində vida mərasimi keçiriləcək. 3 mərasimi də 14 iyul tarixində ata yurdu olan Şüvəlan qəsəbəsində, yaşadığı evdə keçiriləcək.


Allah rəhmət eləsin! 

 

Modern.az saytı “Azərbaycan Reklamçılar İttifaqı”nın Mətbuat xidmətinə istinadən Hacıəmi Atakişiyevin keçdiyi həyat yolu ilə sizləri tanış edir.


Hacıəmi Hacı oğlu Atakişiyev 28 fevral 1951-ci il tarixində Bakı şəhərində doğulub. 1968-ci ildə 156 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub.

Tələbəlik dövründə “Tələbə konstruktor bürosu”nun yaradıcılarından biri olub, ilk dəfə “İçərişəhər” 48-49-cu məhəllələrinin regenerasiya planlarını hazırlayıb və Azərbaycanın tarixi-memarlıq abidələrini araşdırıb. 1976-cı ildə bu fəaliyyəti Azərbaycanın Komsomol mükafatı ilə təltif olunub.

1974-cü ildə, institutu bitirdikdən sonra, “Bakıhidrolayihə institutunda çalışıb, Şamxor və Sərsəng su elektrik stansiyalarının layihələndirilməsində iştirak edib.

1975-ci ildən Bakı şəhər Komitəsinin “İçərişəhər” müdiriyyətində çalışıb və memar heyətilə birlikdə İçərişəhərin “Baş planı”nı hazırlayıb. 1978-ci ildə Azərbaycan İnşaat İnstitutunun aspiranturasına daxil olub. 1980-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində “Muzeybədiilayihə”nin Qarabağ, Naxçıvan üzrə tarixi ölkəşünaslıq muzeylərinin yaradılmasında yaradıcı studiyanın rəhbəri olub.

1984-1999-cu illər arası Bakı Şəhər İcra Hakimiyyətində, Şəhər tərtibatı dizayn İdarəsinin rəisi, Bakı şəhər baş memarının müavini, Bakı şəhərinin baş rəssamı və “Reklam-informasiya” Departamentinin sədri vəzifələrində çalışıb.

1992-1999-cu illərdə BŞİH-in Reklam və İnformasiya İdarəsinin rəisi olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Dizayn” kafedrasının dosenti vəzifəsində çalışıb.

1995-ci ildə “Azərbaycan Reklamçılar İttifaqı”nın təsisçilərindən biri, eyni zamanda, İttifaqın İdarə Heyətinin sədri olub.

15 may  2015-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Reklam haqqında” Qanunun hazırlanmasında ekspert kimi iştirak edib.

2016-2017-ci illlərdə “Vətənpərvərlik mövzusunda Sosial Reklamlar”ın hazırlanması və tətbiqi sahələrinin müəyyənləşdirilməsi sahəsində silsilə tədbirlərin rəhbəri olub.

2018-ci ildə “Azərbaycan Reklamçılar İttifaqı”nın 5-ci konfransında alınan qərara görə, İttifaqın “Fəxri sədri” elan edilib.

Respublikamızda reklam sahəsinin inkişafı prespektivləri və dünya təcrübəsinin gənc mütəxəssislərə aşılanması ilə bağlı tədris materiallarının hazırlanması ilə məşğul olub.  

 

 

Hacı Əmi Hacı oğlu Atakişiyevin nailiyyətləri:

 

Beynəlxalq Şərq Memarlar Akademiyasının müxbir üzvü;

Beynəlxalq Eko-enerji Akademiyasının doktoru, professoru;

Beynəlxalq Reklamçılar Assosiasiyasının Qafqaz və Mərkəzi Asiya üzrə regional direktoru;

Moskva Memarlar İttifaqının üzvü;

Azərbaycan Rəssamlar İttifaqının üzvü;

Azərbaycan Jurnalistlər İttifaqının üzvü.

 

 

Ərsəyə gətirdiyi layihələr:

 

İpək yolu üzərində müasir şəhərsalma və alternativ baş ticarət yolunun konseptual layihəsi;

Abşeron yarımadası ətrafında batmış yaşayış məskənlərinin axtarışı və qurulma layihələri (ən öncəsi Bakı amfibiyası);

Əli Bayramlı şəhərində (indiki Şirvan) Heydər Əliyev üçün ucaldılmış heykəl-abidə və muzey kompleksi;

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Qala arxeoloji və etnoqrafik muzey” kompleksinin layihəsində memarlıq-planlaşdırma və dizayn işlərinin müəllifi və icraçısı və s.

 

 

Müəllifi olduğu kitab və jurnallar:

 

“Reklam işi” kitabı – Bakı, 1997-ci il;

 “Memar Hacıəmi dünyası” kitabı – Bakı, 2001-ci il;

“Şəhər mühiti və reklam” kitabı – Bakı, 2004-cü il;

“Şəhər mədəniyyəti, turizm və reklam” jurnalı – Bakı, 2012-ci il;

“Reklamın tarixi, tarixin reklamı” kitabı – Bakı, 2014-cü il;

“Memar Əcəmi – Hacıəmi” kitabı – Bakı

“Kainat və İnsan”  kitabı – Bakı, 2015-ci il;

“Reklam haqqında Azərbaycan Respublikasının Qanunu” (sənədlər toplusu) – Bakı, 2015-ci il

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı