Modern.az

Məşğulluq xidməti işlə təmin etdiyi şəxslərin sayını açıqladı

Məşğulluq xidməti işlə təmin etdiyi şəxslərin sayını açıqladı

Aktual

13 İyul 2019, 11:55

2019-cu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 53 943 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub. Onlardan 18877-ni qadınlar təşkil edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu dövrdə gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Gənclərlə bağlı aktiv məşğulluq tədbirləri geniş miqyas alıb. Yanvar-iyun aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərdən 12148-i gənclər olub.

 

Həmçinin, cari ilin birinci yarımilində Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluğu təmin edilən vətəndaşların 3171-ni məcburi köçkünlər, 1543-nü isə əlilliyi olan şəxslər təşkil edib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı