Modern.az

Gəncədə güclü külək fəsadlar törədib

Gəncədə güclü külək fəsadlar törədib

Aktual

13 İyul 2019, 12:40

Ötən gündən başlayan güclü külək Gəncədə bir sıra fəsadlar törədib.

 

Gəncə Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, təbii fəlakət nəticəsində şəhərdə bir neçə irigövdəli ağac aşıb, budaqlar qırılıb:

"Heydər Əliyev prospekti, Gülüstan, Sadıllı yaşayış massivlərində, Dədə Qorqud küçəsində ağaclar aşıb. Nəticədə bir neçə yol bağlanıb. Qurum nümayəndələri hadisə baş verən ərazilərə cəlb olunaraq yaranan problemi aradan qaldırıblar. Hazırda avtomobillərin normal hərəkəti təmin olunub".

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı