Modern.az

Bakıda güclü külək 20-yə yaxın ağacı aşırıb

Bakıda güclü külək 20-yə yaxın ağacı aşırıb

Aktual

13 İyul 2019, 12:49

Bakıda ötən gündən əsməyə başlayan güclü külək nəticəsində 20-yə yaxın ağac aşıb.

 

Bunu Trend.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, ağacların aşması Bakının bütün rayonlarında qeydə alınsa da, əsas hadisələr Yasamal, Nəsimi, Xətai və Nərimanov rayonlarında baş verib.

 

O.Məmmədov sağlam ağacların da küləyin təsirindən aşdığını söyləyib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı