Modern.az

Sabirabadda ağır qəza: bacı-qardaş öldü

Sabirabadda ağır qəza: bacı-qardaş öldü

Aktual

13 İyul 2019, 20:14

Sabirabad şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Modern.az  “Report”a  istinadən  xəbər verir  ki, hadisə saat 18:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 43-cü km-də olub.

“90-NN-718” dövlət qeydiyyat nişanlı BMV markalı minik maşını idarəetməni itirərək dirəyə dəyib, daha sonra yol kənarındakı hasara çırpılıb.

Nəticədə Usubov Vüqar Qismət oğlu və Usubova Nuridə Qismət qızı dünyasını dəyişib. Avtomobildə olan Usubov Əmirağa Qismət oğlu və Məmmədov Nicat İlkin oğlu isə xəsarət alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!