Modern.az

Yalçın Rzazadənin səhhəti ilə bağlı son durum

Yalçın Rzazadənin səhhəti ilə bağlı son durum

Aktual

13 İyul 2019, 23:07

Bir müddətdir səhhəti pisləşən xalq artisti Yalçın Rzazadə hazırda həkim nəzarəti altındadır.

Modern.az  Kult.az-a  istinadən  xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.

O, xalq artistinə zəng edərək hal-əhvalını soruşduğunu bildirib:

“Müalicəyə başladığını, həkim nəzarətində olduğunu bildirdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onun müalicəsini nəzarətə götürməsindən çox razı qaldığını və humanistliyinə və insanlara qayğısına görə ona çox-çox təşəkkür etdiyini söylədi”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl ürəyində və öd kisəsində problemlər yaranan Y.Rzazadə qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya yerləşdirilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı