Əfqanıstanın Bağlan əyalətində yol kənarında basdırılmış minanın partlaması nəticəsində azı beş polis əməkdaşı həlak olub, iki nəfər yaralanıb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış polis əməkdaşlarının patrul keşiyi çəkdikləri zaman baş verib.
Hələ ki, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.