Modern.az

Hacı Mazan bir-iki günə xəstəxanadan evə buraxılacaq

Hacı Mazan bir-iki günə xəstəxanadan evə buraxılacaq

Aktual

15 İyul 2019, 12:22

İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun səhhəti normallaşıb.

 

Bunu Modern.az-a açıqlamasında onun müalicə həkimi, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli bildirib.

 

C.Nəsirli qeyd edib ki, əməliyyatdan sonra səhhəti normallaşıb, vəziyyəti stabildir, yaxın bir-iki günə evə buraxılacaq.

 

Qeyd edək ki, R.Zeynalov qəzadan sonra Tibb Universitetinin Tədris-Cərrahiyə Klinikasına yerləşdirilib. Daha sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülərək, bud-çanaq nahiyyəsində əməliyyat aparılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı