Modern.az

“Keşikçi Dağ”da azərbaycanlı sərhədçilərlə insident

“Keşikçi Dağ”da azərbaycanlı sərhədçilərlə insident

Aktual

15 İyul 2019, 14:38

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanla sərhəddə yerləşən "Keşikçi Dağ" Məbəd-Kompleksi ilə bağlı ölkə ictimaiyyətinə müraciət edib.

 

Yerli mənbələr xəbər verir ki, DİN vətəndaşları Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.

 

Müraciətdə qeyd olunub ki, ötən gün sərhəddə baş verən kiçik insidentlə bağlı araşdırma aparılır: “Biz cəmiyyəti və vətəndaş qruplarını razılığın mümkün qədər tez əldə olunması üçün delimitasiya üzrə komissiyanın işinin sakit mühitdə keçirilməsinə imkan verməyə çağırırıq”.

 

Qeyd edək ki, ötən gün "Keşikçi Dağ" Məbəd-Kompleksində bələdçi çalışan vətəndaş azərbaycanlı sərhədçilərin kilsədən ikonaları icazəsiz götürdüklərini iddia edib. Kiçik insident yaransa da, problemin sonradan həll olunduğu bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı