Modern.az

Rektor: “BDU-da edilən dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var”

Rektor: “BDU-da edilən dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var”

Aktual

16 İyul 2019, 11:33

" Bakı Dövlət Universitetində (BDU) edilən son dəyişiklikləri hamı birmənalı qarşılamır. Bu dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər də var".

 

Modern.az verir ki, bunu universitetin rektoru Elçin Babayev deyib.

 

Rektor deyib ki, əsas məqsəd BDU-nu tamamilə yeni bir səviyyəyə qaldırmaqdır:

"Bu il BDU-nun 100 ili qeyd olunur. BDU-nun hər bir fakültəsinin kifayət qədər potensialı var. Mətbuat və informasiya sahəsində işimizi yenidən qurmaq üçün digər təcrübələri öyrənirik, ciddi islahatlara hazırlaşırıq".

 

E.Babayev bildirib ki, universitetlər piar sahəsində rəqabət aparmalıdır:

"Amma bu rəqabət sağlam olmalıdır. Təəssüf ki, bəzən bu rəqabət əndazəsindən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bütövlükdə deyərdim ki, Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə, həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı