Modern.az

Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu

Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu

Aktual

17 İyul 2019, 12:02

Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.

Modern.az bildirir ki, bu barədə “Azərbaycan Hava Yolları” məlumat yayıb.

Qeyd olunur ki, hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib.

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...