Yevlax rayonunda yaşıllıq zolağında yanğın baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonuna düşən hissəsindəki meşəətarafı və digər yaşıllıq ərazilərdə qeydə alınıb.
Yanğın saatlarla davam edib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Yevlax rayon yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın tamamilə lokallaşdırılıb və söndürülüb. 3 hektarlıq yaşıllıq zolağı tamamən yanıb. O cümlədən 2 hektarda ağac və otlar, 1 hektara qədər meşəətrafı ərazidə isə quru ağaclar və kollar yanaraq yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində zərərçəkən olmayıb.
Yanğının səbəbləri araşdırılır.