Modern.az

Xırdalan sakini Astara polisini aldatmaq istədi

Xırdalan sakini Astara polisini aldatmaq istədi

Aktual

22 İyul 2019, 10:41

Abşeron rayonu Xırdalan şəhərində qeydiyyatda olmaqla Astara şəhərində yaşayan K. Qənbərova Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Mərkəzi Poçtun yaxınlığında tanımadığı şəxsin onun əlindən “Samsung” markalı mobil telefonunu alaraq qaçdığını bildirib.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, K. Qənbərovanın mobil telefonunu qeyri-rəsmi ər-arvad kimi yaşadığı İqrar Əliyev qısqandığı üçün künüllü şəkildə ondan alıb, lakin sonra geri qaytarmayıb.

 

Bununla da K. Qənbərovanın şikayət ərizəsində soyğunçuluq cinayəti barədə yalan məlumat verdiyi müəyyən edilib. İstintaq zamanı “Samsung” markalı mobil telefon aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı