Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano 73 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Y.Amano 2009-cu ildən Agentliyə rəhbərlik edib. Buna qədər isə Yaponiyanın qurumdakı səfiri və daimi nümayəndəsi vəzifəsində çalışıb.
Həmçinin, diplomat BMT-də fəaliyyət göstərib, 1972-ci ildən Yaponiya Xarici İşlər Nazirliyində müxtəlif postları tutub.