Bərdə rayonunda ilan sancma ilə bağlı iki hadisə qeydə alınıb.
Modern.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hər iki şəxs rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, rayonun Əyricə kəndində müvəqqəti məskunlaşan Kəlbəcər rayon məcburi köçkünü, 1968-ci il təvəllüdlü Əsgərova Südabə Qüdrət qızı toyuqlara dən verən zaman gürzə ilanı onu sağ ayağından vurub.
Digər hadisə isə rayonun Lənbərən kəndində baş verib. 1983-cu il təvəllüdlü Gülnar Vəli qızı Bayramova əkin sahəsində işləyərkən sol ayağından ilan sancıb.
Hər iki qadın yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada olan yaralıların vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.