Modern.az

Cüdoçumuz Azərbaycana doqquzuncu qızılı qazandırdı

Cüdoçumuz Azərbaycana doqquzuncu qızılı qazandırdı

Aktual

24 İyul 2019, 18:44

 

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycan doqquzuncu qızıl medalını qazanıb.

 

Modern.az xəbər verir ki, cüdoçu Turan Bayramov (-60 kq) finalda rusiyalı idmançını “qızıl xal”da məğlub edib. Bununla da Azərbaycan güləşdən sonra cüdoda da qızıl medal qazanıb.

 

Həmçinin Şükran Zamanlı (-55 kq) və Gülşən Bəşirova (-44 kq) bürünc medal uğrunda görüşlərdən qalib ayrılıblar.

 

Bu nəticə ilə Azərbaycan medal sıralamasında II yerdədir. 19 medal (doqquz qızıl, beş gümüş, beş bürünc) qazanmış Azərbaycan yalnız gümüş sayında Rusiyadan geri qalır. Belə ki, 27 medal (9 qızıl, 7 gümüş, 11 bürünc) əldə etmiş şimal qonşumuz siyahıda liderdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...