Modern.az

Dənizə düşən şəxs xilas edildi  

Dənizə düşən şəxs xilas edildi  

Aktual

25 İyul 2019, 09:05

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində, dənizdə, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Bu haqda nazirlikdən Modern.az-a verilən məlumatda bildirilib.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!