Modern.az

Deputatın kəndlərdə görüşü davam edir

Deputatın kəndlərdə görüşü davam edir

Aktual

25 İyul 2019, 10:20

Millət vəkili Novruz Aslanovun İsmayıllı rayonunun kənd sakinləri ilə görüşləri davam edir. Yay aylarında hava şəraitinin əlverişli olmasını nəzərə alan millət vəkili ucqar dağ kənlərində də sakinlərin səyyar qəbulunu keçirir.

 

Modern.az xəbər verir ki, iyulun 24-də İsmayıllı rayonuna növbəti səfərini edən Novruz Aslanov rayonun Mollaisaqlı və Hacıhətəmli kəndində seçicilərini qəbul edib, problemləri ilə maraqlanıb.

 

Qəbula Gideyli və Kürdeldarbəyli kəndlərindən də sakinlər gəlmişlər. Sosial problemlərlə yanaşı içməli su, internet problemi deputatın diqqətinə çatdırılıb. Millət vəkili əlaqədar qurumlara bu problemlər barədə məlumat veriləcəyini bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı