Modern.az

Elçin Quliyev Ermənistanla sərhəddə

Elçin Quliyev Ermənistanla sərhəddə

Aktual

25 İyul 2019, 11:22

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, gene­ral-polkovnik Elçin Quliyev sərhəd zastavalarında və sər­həd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşüb.

 

Dövlət sər­hədində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirib, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşı­rıqlar verib.

Sizə yeni x var
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!