Modern.az

Dənizə düşən hərbi təyyarəyə görə cinayət işi açıldı  

Dənizə düşən hərbi təyyarəyə görə cinayət işi açıldı  

Aktual

25 İyul 2019, 11:26

Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb.

 

Bu barədə Modern.az  Hərbi Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.

 

Hazırda ibtidai araşdırma intensiv davam etdirilir.

 

Bildirilir ki, hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcəkdir.

 

Qeyd olunub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı