Modern.az

Qusarda qadın itkin düşdü

Qusarda qadın itkin düşdü

Aktual

25 İyul 2019, 12:06

Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu haqda DİN mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumatda bildirilib. ,

 

Lalə Bəşirova əlamətləri belədir:

 

Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

 

L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.

 

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.              

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı