Modern.az

Adam öldürən keçmiş məhkum saxlanıldı

Adam öldürən keçmiş məhkum saxlanıldı

Aktual

25 İyul 2019, 15:03

İyulun 24-də saat 3 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Çərkəzov münaqişə zəminində paytaxt sakini Kamran Abdullayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, o, hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş K.Abdullayev orada dünyasını dəyişib. 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən P.Çərkəzov saxlanılıb. Araşdırma aparılır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı