Modern.az

İcra başçısı görülən işlərlə tanış oldu

İcra başçısı görülən işlərlə tanış oldu

Aktual

25 İyul 2019, 17:49

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 25 iyul 2019-cu il tarixdə 40 mənzilli yaşayış binasında aparılan tikinti işləri ilə tanış oldu.

 

Modern.az xəbər verir ki, Azərbaycanın hər yerində olduğu kimi Goranboy rayonunda vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində  məqsədyönlü işlər görülür. 

 

Bu baxımdan cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 mənzilli yaşayış binasının tikintisi aparılır. Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  25 iyul 2019-cu il tarixdə yaşayış binasında tikinti işlərinin aparılması vəziyyəti ilə tanış olmuş, müvafiq tövsiyələrini verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı