Modern.az

Türkiyə cüdoçusu Bakıda qızıl medal qazandı

Türkiyə cüdoçusu Bakıda qızıl medal qazandı

Aktual

25 İyul 2019, 19:01

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında qızlar arasında 57 və 63 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.

 

Modern.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində yarışın finalında Türkiyə idmançısı Özlem Yıldız finalda rusiyalı Kseniya Qaliskayanı məğlub edərək qızıl medal qazanıb.

Bu çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Aytac Qardaşxanlı almaniyalı Samira Bocka məğlub olaraq bürünc medalı əldən verib. Digər bürünc medalı rumıniyalı Florentina İvaneskuya qalib gələn hollandiyalı Alekse Vaqemaker aktivinə yazdırıb.

Finalda xorvatiyalı Katarina Kristoya qalib gələn hollandiyalı Yoanne Van Lishut isə 63 kiloqram çəki dərəcəsində çempion adına sahib olub. Bürünc medallara ukraynalı Yuliya Kurçenko və ispaniyalı Laura Vazkes Fernandez layiq görülüblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı