Modern.az

Xəzərdə bacı-qardaş boğuldu

Xəzərdə bacı-qardaş boğuldu

Aktual

25 İyul 2019, 21:22

Xəzər dənizinin Bakının Pirşağı ərazisində bacı-qardaş batıb.

Modern.az  İstipress-ə istinadən xəbər verir ki, Şəkinin Kiçik Dəhnə kəndindən olan və müvəqqəti olaraq Bakıda yaşayan Xəzər Rüstəmovun ailəsi dənizdə faciə yaşayıb.

Ailənin bu il 10-ci sinfi bitirmiş qızı Gülər və 5-ci sinfi bitirmiş oğlu Dəniz axşam saat 19 radələrində Pirşağı çimərliyində çimərkən boğulublar.

Onların dənizdə burulğana düşdükləri deyilir. Uşaqlar boğularkən bacı - ailənin digər qızı xilas edilib, ailə ikinci qızın ad gününə yığışıbmış.

Boğulan bacı-qardaş Şəkinin Kiçik Səhnə kəndindəki 2 saylı orta məktəbin şagirdləri olublar. Gülər qarşıdakı yeni dərs ilində 11-ci, qardaşı Dəniz isə 6-cı sinifdə oxuyacaqdı.

Mərhumlar bu gün Kiçik Səhnə kəndindəki qəbiristanlıqda dəfn edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı