Modern.az

Nazirlik: MiQ-29 qırıcısının qəzasını əks etdirən videogörüntü saxtadır      

Nazirlik: MiQ-29 qırıcısının qəzasını əks etdirən videogörüntü saxtadır      

Aktual

26 İyul 2019, 10:23

Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür.

 

Modern.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə yayılan, guya MiQ-29 qırıcısının qəza anını əks etdirən videogörüntü ilə bağlı Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

 

Qeyd olunub ki, yayılan videogörüntünün heç bir əsası yoxdur və yalandır:

 

"Plana uyğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...