Modern.az

İçində əzab əridən qayğı - Qarabağ əlililin xeyir işində xoş sürpriz

İçində əzab əridən qayğı - Qarabağ əlililin xeyir işində xoş sürpriz

Aktual

26 İyul 2019, 16:37

Bu gün tam əminliklə deyə bilərik ki, müharibə şəraiti davam etsə də Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulmuşdur. Bu gün müstəqil Azərbaycan dövləti məcburi köçkünlərə, şəhid ailələrinə, müharibədə fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Azərbaycanda məcburi köçkün ailələri üçün yeni qəsəbələr salınır. Fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılır. Hər keçən gün qanunlara edilən mütərəqqi dəyişikliklərlə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin, Qarabağ döyüşlərində sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. Ən əsası isə odur ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin təsis edilməsi bu qəbildən olan insanlara verilən ən böyük dəyərdir. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirmək məqsədilə yaradılan birlik dövlətin bu cür insanlara dəstək olması deməkdir.

 

Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir.

 

Hərzaman Qarabağ müharibəsi əlillərinin yanında olan, diqqət və qayğısını onlardan əsirgəməyən Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonun aktiv ikinci qrup Qarabağ əlili Gəray Hacıyevin övladının sevincli günündə onların yanında olub, xoş gün münasibətilə onun ailə üzvlərini təbrik edib.

 

Modern.az xəbər verir ki, Lerik rayonunun Əliabad kənd sakini olan Gəray Hacıyev 2-ci qız övladına Aytən xanıma toy edib.

 

Qarabağ əlili olan Gəray Hacıyev övladının toy mərasiminə rayon rəsmilərindən kimsəni dəvət etməyib. Xeyir işdən xəbərdar olan rayon rəhbərliyi toya qatılmağı qərarı verib. İcra hakimiyyətinin rəhbərliyi rayonda fəaliyyət göstərən idarə vətəşkilat rəhbərləri, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin rəhbərliyi böyük həvəslə toy mərasimində iştirak edib.

 

Rayon rəhbərliyinin məsul şəxslərinin mərasimə qatılması toy sahibləri üçün də gözlənilməz olub.

 

Məlumat üçün bildirək ki, Lerik rayon icra hakimiyyətinin Qarabağ döyüşlərində iştirak edən insanın övladının toyunda iştirak etməsi birinci hal deyil. Bir müddət bundan əvvəl Mastail kəndində şəhid övladının toyunda iştirak etməklə yanaşı, mərasimin bütün xərclərinidə qarşılayıb. Lerikdən olan deputat İqbal Məmmədov isə şəhid övladına məişət əşyalarından ibarət hədiyyələr verib.

 

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Qarabağ əlili olan Gəray Hacıyev üçün hazırda yaşadığı kənddə ev tikintisinə başlanılıb.

 

Əldə etdiyimiz məlumata əsasən Gəray Hacıyevə həmişə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Onun ehtiyacları qarşılanır. Eyni zamanda vaxtaşırı rayon rəhbərliyinin qəbulunda olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı