Modern.az

İmişlidə qətl törədən şəxs yaxalandı

İmişlidə qətl törədən şəxs yaxalandı

Aktual

26 İyul 2019, 20:02

İmişli rayonunda qətl hadisəsi törədilib.

Modern.az  APA-ya istinadən xəbər verir ki,  Füzuli rayonunun Horadiz şəhərindən olan 1969-cu il təvəllüdlü Verdiyev Polad Ərşad oğlunun iyulun 20-dən itkin düşdüyü barədə polis şöbəsinə məlumat daxil olub.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, itkin düşən P.Verdiyevi yaxın qohumu, əslən Füzuli rayonundan olan İmişli rayonunun Çaxırlı kəndində məskunlaşan 1959-cu il təvəllüdlü İsayev Qərib Bahadur oğlu dəmir parçası ilə vuraraq öldürüb. Daha sonra cəsədi yaxınlıqda yerləşən çınqıl karxanasının yuyulması üçün istifadə olunan su ilə dolu dərin katlovana atıb.

Hazırda FHN-in dalğıcları ərazidə cəsədin sudan çıxarılması istiqamətində axtarışlar aparılır. Qətli törədən şəxs saxlanılıb.
Faktla bağl İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...