Modern.az

50 yeniyetmə polis bölməsinə hücum etdi

50 yeniyetmə polis bölməsinə hücum etdi

Aktual

26 İyul 2019, 22:47

Almaniyanın Bavariya Federal torpağının Ştarnberq şəhərində 50-yə yaxın yeniyetmə polis bölməsinə hücum etməyə cəhd edib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki,  hücum edən şəxslərin dostu aqressiv hərəkətinə görə polis tərəfindən saxlanılıb. Qrup isə dostlarını oradan çıxarmağa cəhd edib.

Məlum olub ki, yeniyetmə məzun günü ilə bağlı tədbirdə sərxoş vəziyyətdə saxlanılıb. Onu bölməyə gətiriblər. Sonra isə bir qrup yeniyetmə binaya yaxınlaşıb, polis bölməsinə butulka atıblar və giriş qapını sındırmaq istəyiblər.

Onlar dostlarının buraxılmasını tələb ediblər. Polis xuliqanları sakitləşdirə bilib.

İnsident nəticəsində polis bölməsinin pəncərələri sınıb.

Yeniyetmələr barəsində hansı qərarın veriləcəyi hələ bilinmir.


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı