Modern.az

İngiltərə klubu millimizin futbolçusunu transfer etdi

İngiltərə klubu millimizin futbolçusunu transfer etdi

Aktual

6 Avqust 2019, 16:38

Millimizin hücumçusu Renat Dadaşovun İngiltərənin  "Vulverhempton" klubuna transfer olunduğu iddia edilib.

Qol.az-ın xəbərinə görə, bu barədə Britaniyanın "BirminghamLive" saytı məlumat yayıb. 20 yaşlı hücumçu ilə  müqavilə imzalandığı vurğulanıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

 

Bildirilir ki, İngiltərə Premyer Liqası təmsilçisi  "Eştoril"dən transfer etdiyi R.Dadaşovu daha sonra derhal  Portuqaliyanın digər klubu "Pakoş de Ferreyra"ya icarəyə verib.

Qeyd edək ki, Renat Dadaşov ötən il  "Ayntraxt"dan "Eştoril"ə transfer olunmuşdu.

Xatırladaq ki, R.Dadaşov bu il ilk dəfə əsas millimizə çağırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı