Modern.az

Rusiyadan elektron siqaret gətirmək istəyən şəxs saxlanıldı

Rusiyadan elektron siqaret gətirmək istəyən şəxs saxlanıldı

Aktual

15 Avqust 2019, 15:00

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin üst geyiminin altında gömrük nəzarətindən gizlədilən 560 ədəd üzərində "Yellow label" və 800 ədəd üzərində "Purple wave" yazıları olan "Heets" markalı elektron siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı