Suraxanı rayonunda xəstəxana binasında yanğın baş verib.
Modern.az Oxu.az-a istinadən xəbər verir ki, Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxana binasının damında yanğın olub.
Alovlar qısa zamanda bir neçə palataya da keçib.
Təcili olaraq əraziyə FHN-in Suraxanı rayonu üzrə Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.
Dərhal xəstəxananın həkim heyəti və xəstələr təxliyyə edilib. Binanın damında təxminən, 25-30 kv/m ərazidə başlayan yanğın söndürülüb, alovların otaqlara keçməsinin qarşısı alınıb.
FHN-nin əraziyə cəlb olunmuş briqadasından bildirilib ki, ilkin ehtimallara görə, yanğın binanın damında yerləşən elektrik naqillərində yaranan qısaqapanmadan baş verib.
Faktla bağlı araşdırma aparılır.