Azərbaycan İlahiyyat İnstitutuna 2019-2020-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub. Bu barədə Modern.az-a institutdan bildirilib.
Ödənişsiz əsaslarla həyata keçirilən qəbulda İslamşünaslıq ixtisası üzrə 36, Dinşünaslıq üzrə 36 nəfər olmaqla, ümumilikdə, 72 abituriyentin qəbulu baş tutub. 2019-2020-ci tədris ili üzrə İslamşünaslıq ixtisasına minimum keçid balı 200, Dinşünaslığa isə 292 olub.
Qeyd edək ki, 2019/2020-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunan abituriyentlərin qeydiyyatı artıq başlanıb. Qeydiyyatdan keçməyən abituriyentlər ixtisasları üzrə təhsil almaqdan imtina etmiş sayılırlar.
Sənədlərin qəbulu 2019-cu il avqust ayının 15-dən 27-dək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Yasamal rayonu Əhməd Cəmil küç., 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binası) aparılır.
Bütün abituriyentlər qeyd olunan tarixlərdə aşağıdakı sənədləri təqdim etməklə, Azərbaycan İlahiyyat İnstitutunda qeydiyyatdan keçməlidirlər:
Sənəd qəbulu zamanı abituriyent öz ərizəsinin təsdiq olunması üçün iş nömrəsini və şifrəsini təqdim etməklə, mütləq surətdə elektron qeydiyyatdan keçməlidir.
Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu həyata keçirib. İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə – İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə aparılıb.