Deputat Novruz Aslanov avqustun 15-də İsmayıllı ucqar dağ kəndlərində-Əhən və Brovdal kəndlərində seçicilərini qəbul edib, problemləri ilə maraqlanıb.
Modern.az xəbər verir ki, kənd sakinləri uzaq yol qət edərək görüşə gəldiyinə görə deputata təşəkkür ediblər. Qəbula gələn sakinlər əsasən kəndə gedən yol və sosial yönümlü problemləri deputatın diqqətinə çatdırıblar.
Novruz Aslan əlaqədar qurumlara bu problemlər barədə məlumat veriləcəyini bildirib.