"Futbolda nadir hallarda belə hadisələr olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standard vəziyyətlərdən qollarını vurdu".
Modern.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qubrnaov Avropa Liqasının pley-off mərhələsinin "Linfild"də səfər oyunundan sonra mətbuat konfransında deyib.
O, 2:3 hesabı ilə uduzmalarına baxmayaraq, mərhələni keçmək şanslarının çox olduğunu bildirib: "Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq".