Modern.az

Vilayət Eyvazov Rusiyaya ezam ediləcək kursantlar və onların valideynləri ilə görüşdü  

Vilayət Eyvazov Rusiyaya ezam ediləcək kursantlar və onların valideynləri ilə görüşdü  

Aktual

26 Avqust 2019, 16:40

Avqustun 26-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Polis Akademiyalarında təhsil almaq üçün ezam ediləcək kursantları və onların valideynlərini qəbul edib. 

 

Modern.az xəbər verir ki, qarşıdakı 5 il ərzində Azərbaycan Polisini Rusiyada təmsil edəcək gəncləri, eləcə də onların valideynlərini təbrik edən nazir son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük nailiyyətlərin qazanıldığını, dövlət başçımızın çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin məhz yüksək intellektə, müasir dünyagörüşə malik, bacarıqlı, dövlətçiliyə sadiq vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını bildirib. Ölkə rəhbərliyinin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün bütün zəruri addımların atıldığını diqqətə çatdırıb.

 

Sonra DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov məlumat verib ki, iki ölkənin Daxili İşlər Nazirlikləri arasındakı razılaşmaya əsasən, bu il  Azərbaycan DİN-ə Volqoqrad və Nijeqorodsk şəhərlərindəki Polis Akademiyalarında 9 yer ayrılıb. Həmin yerlərə qəbul üçün elan edilmiş müsabiqəyə 24 namizəd qatılıb. Nazirliyin müvafiq komissiyası tərəfindən müsabiqə tam şəffaflıq şəraitində keçirilərək namizədlərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində topladığı balları, rus dilində yazı qabiliyyəti və şifahi nitq bacarıqları, eləcə də fiziki hazırlığı əsas götürülmüş, yekun olaraq ən layiqli 9 abituriyent seçilib.  

 

Nazir, general-polkovnik Vilayət Eyvazov həyatlarında ən əlamətdar günlərdən biri – kursant adına layiq görülmələri münasibətilə onları təbrik etmiş, çətin və şərəfli xidmətlərində, təhsildə uğurlar arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı