Modern.az

Millimiz Avropa çempionatında Macarıstana qalib gəldi

Millimiz Avropa çempionatında Macarıstana qalib gəldi

Aktual

27 Avqust 2019, 09:22

Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

Modern.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi  3-cü turda ev sahibi Macarıstanla qarşılaşıb. Komandamız qrupda ilk "4-lük"ə düşmək üçün mütləq qalib gəlməli idi ki, bunu da bacarıb. Yığmamız 3:0 hesablı qələbə qazanıb. 

 

C qrupunun digər matçında Hollandiya ilə Xorvatiya üz-üzə gəlib. Hollandlar bu görüşdə də qalib gəlməklə (3:0) birinci pillədəki mövqelərini gücləndiriblər.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı