Modern.az

Ali məktəblərə qəbul olunanların qeydiyyatı bu gün başa çatır - XƏBƏRDARLIQ

Ali məktəblərə qəbul olunanların qeydiyyatı bu gün başa çatır - XƏBƏRDARLIQ

Aktual

27 Avqust 2019, 09:27

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 27 avqust saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 2-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...