Modern.az

Məişət zorakılığından zərər çəkənlərə yardım mərkəzləri yaradılır

Məişət zorakılığından zərər çəkənlərə yardım mərkəzləri yaradılır

Aktual

27 Avqust 2019, 12:39

Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncamı məişət zorakılığından zərər çəkmiş şəxslər üçün də sosial xidmətlərin dairəsinin genişləndirilməsinə imkan verib.


Modern.az xəbər verir ki, sərəncamın icrası işləri çərçivəsində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri ilə hazırda Ağcabədi, Şəki və Şəmkir rayonlarında məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması işləri aparılır.


İxtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən yaradılacaq bu mərkəzlərdə məişət zorakılığından zərər çəkmiş şəxslər reabilitasiya yönümlü sosial xidmətlərlə təmin ediləcəklər. Onlara  hüquqi, sosial və psixoloji yardımlar göstəriləcək, normal həyata davam etmələri üçün zəruri işlər aparılacaq. Həmçinin məişət zorakılığından zərər çəkmiş uşaqlara digər həmyaşıdları kimi təhsillərini davam etdirmələrinə, bacarıqlarının inkişafına  dəstək göstəriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı