Modern.az

İctimai çimərliklər pulsuzdur - Bakı Meriyası bəzi KİV-ləri TƏKZİB ETDİ

İctimai çimərliklər pulsuzdur - Bakı Meriyası bəzi KİV-ləri TƏKZİB ETDİ

Aktual

27 Avqust 2019, 15:55

“Son bir neçə gündə bəzi KİV-lərdə yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan xəbərlər verilib”.
Bunu Modern.az-a açıəqlamasında  Bakı Şəhər İcra Hakimiyyəti  Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

“Tam rəsmi şəkildə bildiririk ki, Bakı şəhərində Səbail rayonu “Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yeni yaradılmış ictimai çimərliklər pulsuzdur. Çimərliklərdə sanitar vəziyyətin lazımi səviyyədə saxlanilması və təmizlik işlərinin aparılması üçün xidmət personalı fəaliyyət göstərir və bura nəzarətdə saxlanılır.

Həmin KİV-lərdə qeyd olunanlar isə şayiələrdən başqa bir şey deyil”, - İsrafil Kərimov bildirib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı