Modern.az

Mərkəzi Bank sabah hərrac keçirəcək

Mərkəzi Bank sabah hərrac keçirəcək

Aktual

27 Avqust 2019, 19:48

28 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

 

BFB-dən Modern.az-a bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması saat 10:30-dan 12:00-dək təşkil olunacaq. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

 

Dövlət qeydiyyat №-si

50101876S

Hərraca çıxarılan həcm

100 000 000 AZN

Notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

28 gün

Ödəmə tarixi

25.09.2019

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

 

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...