Modern.az

Sumqayıtda itkin düşən azyaşlı tapılıb - YENİLƏNİB

Sumqayıtda itkin düşən azyaşlı tapılıb - YENİLƏNİB

Aktual

27 Avqust 2019, 21:12

Sumqayıt şəhərində itkin düşən uşaq tapılıb.

 
Modern.az  APA-ya istinadən xəbər verir ki, o həyətdə oynadığı zaman yolu azaraq digər binaların ərazisinə keçib.

Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat veriləndən sonra uşaq tapılaraq ailəsinə təhvil verilib.

 

***

 

Sumqayıtda azyaşlı itkin düşüb.

Modern.az  APA-ya istinadən xəbər verir ki,  2012-ci il təvəllüdlü Nuriyev Yusif  Ülvan oğlu şəhərin 4-cü mikrorayon ərazisində həyətdə oynadığı yerdən yoxa çıxıb.

Yaxınları dərhal Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!