Modern.az

Miqrantları daşıyan gəmi batdı: 40 nəfər öldü

Miqrantları daşıyan gəmi batdı: 40 nəfər öldü

Aktual

27 Avqust 2019, 20:16

Liviya sahillərində miqrantları daşıyan gəmi qəzaya uğrayıb.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 40 nəfər həlak olub.

Qəza zamanı 60-a yaxın insan  xilas edilib.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına əsasən, indiyədək dənizdən bir neçə cəsəd çıxarılıb.

Liviya sahillərində baş verən faciəvi hadisənin dəqiq səbəbləri hələlik məlum deyil. Hazırda gəmi qəzasının baş verdiyi rayonda xilasedicilər fəaliyyət göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!