Modern.az

Azərbaycan millisi məğlub oldu

Azərbaycan millisi məğlub oldu

Aktual

27 Avqust 2019, 21:39

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Ukraynanın Kiyev şəhərində təşkil olunan “Viktor Bannikov” beynəlxalq turnirində bu gün ikinci oyunlarını keçirib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi yığma ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.

İlk matçda İsrailə 0:6 hesabı ilə uduzan təmsilçimiz bu dəfə də məğlubiyyətə üzülüb. Ukraynalılar 4:2 hesabı ilə qalib gəliblər. Yığmamızın heyətində Musa Musazadə və Mirmövsüm Canıyev fərqləniblər.

Qeyd edək ki, milli avqustun 29-da Latviya ilə qarşılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı