Modern.az

4 yaşlı qızın gözü qarşısında anasının boğazı kəsildi

4 yaşlı qızın gözü qarşısında anasının boğazı kəsildi

Aktual

27 Avqust 2019, 22:15

Türkiyədə daha bir qadın övladının gözü qarşısında bıçaqlanıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Dənizli şəhərinin Pamukkale rayonunda baş verib.

Ər ondan boşanmaq istəyən arvadının boğazını 4 yaşlı qızının gözü önündə kəsib.

Belə ki, Uğur K. adlı şəxs 23 yaşlı arvadıyla söhbət etmək məqsədi ilə onu görüşə çağırıb. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman Uğur arvadına bir neçə bıçaq zərbəsi endirib, daha sonra da onun boğazını kəsib.

Xəstəxanaya çatdırılan iki uşaq anasının vəziyyətinin ağır olduğu bildirilir. Cinayəti törədən şəxs saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı