Modern.az

Bakıda ağır qəza: 5 nəfər yaralandı

Bakıda ağır qəza: 5 nəfər yaralandı

Aktual

27 Avqust 2019, 23:20

Binəqədi rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.

"Ford" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində yaralananların adları müəyyən edilib:

- 1990-cı il təvəllüdlü Hüseynova Arzu Nizami qızı;
- 1985-ci il təvəllüdlü Əliyev Ceyhun Muxtar oğlu;
- 1963-cü il təvəllüdlü Baxışova Nəzakət Mütəllim qızı;
- 1962-ci il təvəllüdlü Hüseynova Şahnaz Allahverən qızı;
- 1948-ci il təvəllüdlü Ağayev Namik Əbülfəz oğlu.

Yaralılar dərhal xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı