Modern.az

Bu gün Bakının 3 rayonunda qazın verilməsi dayandırılacaq

Bu gün Bakının 3 rayonunda qazın verilməsi dayandırılacaq

Aktual

28 Avqust 2019, 09:23

Avqustun 28-də səhər saat 08:00-dan Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi prospekti, Heydər Əliyev prospektində, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, eləcə də bir neçə tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı